Azərbaycan yığması FİFA-nın oktyabr reytinqində 23 pillə geriləyərək 115-ci yerdə qərarlaşıb.
Azərbaycan yığmasının aktivində 273 xal var.
Reytinqdə Almaniya (1631) liderliyi saxlayıb, ikinci yerdə Braziliya (1619), üçüncü yerdə isə Portuqaliya (1446) gəlir.
2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi üzrə Azərbaycan yığmasının rəqibləri Şimali İrlandiya 23-cü, Çexiya 46-cı, Norveç 58-ci, San-Marino 204-cü yeri tutub.*
A.Əzizov