Cenevrədə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında danışıqlar başlayıb.
“Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edir”, - deyə Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan “Twitter” mikrobloqunda yazıb.
"Danışıqlar Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə aparılır.
Danışıqlardan sonra prezidentlərin təkbətək görüşünün keçirilməsi planlaşdırılıb”, - deyə mətbuat xidmətindən qeyd ediblər.*