2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9,8% - 1 mlrd. 960,2 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə avtomobil benzini istehsalı 5,1% - 874,2 min tonadək, sürtkü yağı istehsalı 3,2 dəfə – 24,3 min tonadək, neft bitumu istehsalı 14,6% - 158,7 min tonadək, neft koksu istehsalı 9,3% - 152,4 min tonadək artıb.
Yanvar-sentyabr aylarında birbaşa qovulan benzin istehsalında 0,6% - 130,7 min tonadək, kerosin istehsalında 6% - 445,4 min tonadək, dizel yanacağı istehsalında 20,9% - 1 mln. 362 min tonadək, soba mazutu istehsalında 40,7% - 258,1 min tonadək azalma qeydə alınıb.
Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir.*
N.Abbasova