2017-ci ilin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində 5 mlrd. 384,7 mln. kubmetr Azərbaycan qazı ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Qeyd olunan dövrdə Azərbaycanın magistral qaz kəmərləri ilə nəql edilən qazın 33,2%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb”, - deyə məlumatda qeyd olunur.
Ümumilikdə bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 16 mlrd. 207,9 mln. kubmetr qaz nəql edilib ki, bu da 2016-cı ilin müvafiq dövrünün göstəricisindən 7,8% çoxdur.
2016-cı ildə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində 7 mlrd. 145,1 mln. kubmetr Azərbaycan qazı ixrac edilib.*
N.Abbasova