Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında aparılan danışıqlar başa çatıb. Bu barədə Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan məlumat verib.
"Danışıqlar başa çatıb", - deyə o, “Twitter” mikrobloqunda yazıb.
Danışıqlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrininşəxsi nümayəndəsi AnjeyKaspşik iştirak edib. Danışıqlardan sonra prezidentlərin təkbətək görüşü keçirilib.*