Bu gün Tbilisidə Azərbaycanın müdafiə naziri, Türkiyə Respublikası Baş Qərargahının rəisi və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi məsələsini, regional sabitliyin təmin edilməsində Silahlı Qüvvələrin rolunu müzakirə edəcəklər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Baş Qərargahının rəisi ordu generalı Hulusi Akar və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin təmin edilməsində Silahlı Qüvvələrin rolunun müzakirəsi, o cümlədən regional layihələrin təhlükəsizliyinin təmin olunmasında praktiki fəaliyyətlərin həyata keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar”, - deyə məlumatda bildirilir.*
R.Babayev