“Xalq Bank”ın Göyçay şəhərində yeni filialı fəaliyyətə başlayıb. Bu barədə bankdan məlumat verilib.
“Göyçay” filialı bankın sayca 29-cu, regionlarda fəaliyyət göstərən 21-ci filialıdır.
“Yeni filial əhaliyə, sahibkarlara və bölgədə fəaliyyət göstərən müəssisələrə əmanətlər, müxtəlif növ kreditlər, valyuta-mübadilə, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla, tam spektr bank xidmətlərindən yararlanmaq imkanı verir”, - deyə məlumatda bildirilir.*