Ötən gün Azərbaycan ərazisində baş vermiş 1 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ötən gün ərzində 103 cinayət faktı qeydə alınıb, onların 16-sı “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 34 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.*
R.Babayev