Vaşinqton son 25 ildə Azərbaycana 1,3 mlrd. dollardan çox məbləğdə yardım ayırıb. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
“Son 25 ildə ABŞ-ın Azərbaycana ayırdığı yardımlar 1,3 mlrd. dolları ötüb: ABŞDağlıq Qarabağ münaqişəsi nəticəsində məcburi köçkün düşən insanlara yardım üçün 120 mln. dollar ayırıb”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Səfirin sözlərinə görə, ümumilikdə 7 mindən çox şəxs Amerika tərəfinin vəsaiti ilə ABŞ-da təhsil alıb. Bu dövr ərzində 500-dən çox Sülh Korpusu könüllüsü Azərbaycanda çalışıb".
R.Sekuta vurğulayıb ki, ABŞ biznesmenləri yaxın gələcəkdə bir sıra sahələrə investisiya yatıra bilər: "Kənd təsərrüfatı, suvarma və informasiya texnologiyalarısahələri gələcək əməkdaşlığımız üçün əsas perspektivdir".*
R.Babayev