Azərbaycanda güzəştli mənzil satışına 2017-ci ilin sonuna kimi başlanıla bilər. Bunu Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin Aparat rəhbəri Anar Quliyev deyib.
“Azərbaycanda güzəştli mənzillərin satışına ilin sonuna kimi başlanıla bilər”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Aparat rəhbərinin sözlərinə görə, mənzillərin satışı "Güzəştli mənzil" sistemi vasitəsilə reallaşdırılır.
“Güzəştli mənzil əldə etmək hüququna malik vətəndaşlar bu qeydiyyat sistemindən keçirlər, daha sonra ödəniş üsulu və istədikləri mənzili seçmək hüquq əldə edirlər. Bu günə qədər müvafiq məsələ ilə bağlı 6 000- 6 500 nəfər qeydiyyatdan keçib”, - deyə A.Quliyev qeyd edib.*
R.Babayev