Xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri oktyabrın 17-də Hərbi Hava Qüvvələrinin aviabazasında olublar. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Aviabazada qonaqlar şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, əsgər yeməkxanaları, yataqxanalar, məşğələ otaqlarına baş çəkiblər.
“Silahlanmada olan aviasiya vasitələri ilə tanış olan qonaqlar şəxsi heyətin döyüş hazırlığı məşqlərini də izləyiblər. Zabit yeməkxanasında nahar edən hərbi attaşelər hərbi hissədə yaradılmış xidmət və məişət şəraitindən, döyüş hazırlığı və tədrisin səviyyəsindən məmnun qalıblar”, - deyə məlumatda bildirilir.*
R.Babayev