Oktyabrın 17-də Bakıda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Belarusun Ticarət Sənaye Palatası arasında əməkdaşlığa dair memorandum imzalanıb.
İmzalanma Azərbaycan-Belarus biznes forumu çərçivəsində baş tutub.
ASK-nın prezidenti Məmməd Musayev Azərbaycanla Belarus arasında illik ticarət dövriyyəsinin artaraq 100 milyon dollara çatdığını (2017-ci ilin yanvar-iyul aylarında) qeyd edib, iki ölkənin iş adamları arasında əlaqələrin genişləndiyini vurğulayıb.
Belarusun Ticarət Sənaye Palatasının rəhbəri Vladimir Ulaxoviç Azərbaycan iqtisadiyyatına ölkəsində marağın böyük olduğunu, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində geniş əməkdaşlıq imkanlarını vurğulayıb. O, hər iki ölkənin iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
Tədbirdə 100-ə yaxın iş adamı iştirak edib.*
B.Rüstəmbəyov