Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və ABŞ-ın Azərbaycandakı səfirinin müavini Uilyam Qill iki ölkə arasında turizm sahəsi üzrə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Görüş zamanı Azərbaycan və ABŞ arasında turizm sahəsi üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib”, - deyə məlumatda bildirilir.
Nazir müavini Azərbaycan və ABŞ arasında birbaşa təyyarə reyslərinin fəaliyyət göstərməsi ilə qarşılıqlı turist axınının intensivləşdiyini, bu reyslərin nəinki Azərbaycan Respublikası vətəndaşları, həmçinin Azərbaycanla qonşu olan ölkələrin vətəndaşları tərəfindən istifadə olunduğunu qeyd edib.*
R.Babayev