Azərbaycanda xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlər (MMC) elektron qeydiyyat hüququ əldə edib.
Prezident İlham Əliyev “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişiklikləri təsdiq edib. Dəyişikliklər oktyabrın 18-də rəsmi mətbuatda dərc edilib.
Dəyişikliklərə əsasən xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün əcnəbi və ya vətəndaşlığı olmayan şəxs müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə formasını dolduraraq gücləndirilmiş elektron imza ilə təsdiq edir.
Biznes subyektlərinin elektron dövlət qeydiyyatı Vergilər Nazirliyi tərəfindən həyata keçirilir.*
A.Əzizov