Azərbaycan SSRİ-nin dağılmasından qazanan yeganə ölkədir. Dövlət Dumasının MDB işləri, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədrinin birinci müavini, MDB Ölkələri İnstitutunun direktoru Konstantin Zatulin belə hesab edir.
"Azərbaycan yeganə ölkədir ki, yalnız neft və qaz hasilatı hesabına 1990-cı ildəki səviyyəni rəsmi olaraq ötüb. Qalan ölkələr isə inkişafda çox geri qalıblar", - deyə K.Zatulin www.pravda.ru saytına müsahibəsində bildirib.
Onun fikrincə, hazırda bəzi MDB ölkələri özlərini tədricən daha da təmin edə bilmək ümidi ilə iqtisadi ittifaqların yaradılaraq inkişaf etdirirməsi yolu ilə gedir. "Bizim marağımız həm də tutumlu bazarın zəruriliyi ilə bağlıdır", - deyə o əlavə edib.*
A.Əzizov