Prezident İlham Əliyev respublikaya körfəz dövlətlərindən gələn turistlərin sayının artmasından məmnundur.
Dövlət başçısı bunu oktyabrın 18-də Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
O, təşkilata üzv dövlətlərlə Azərbaycanın güclü siyasi münasibətlərinin mövcud olduğunu vurğiulayıb.
Dövlət başçısı ölkəmizdə investisiya qoyuluşu üçün əlverişli şəraitin olduğunu və Azərbaycanın üzv dövlətlərlə hava əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu söyləyib.*
A.Əzizov