Azərbaycan və Polşanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Vitold Vaşçikovski bu gün Bakıda keçirilən görüşdə Azərbaycan-Polşa hökümətlərarası birgə komissiyasının iclaslarının keçirilmə vaxtlarının intensivləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
"Nazirlər, həmçinin regional enerji və nəqliyyat layihələrinin reallaşdırılması, Azərbaycan qazının Avropaya ixracı məsələlərini, "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat layihələrinin imkanlarını və onların üstünlüklərini müzakirə ediblər ", - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilir.
Bundan başqa, Azərbaycan və Polşa XİN başçıları humanitar, turizm və mülki aviasiya sahələrində ikitərəfli əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar.*
R.Babayev