İqtisadiyyat Nazirliyi yeni nəsil şəxsiyyət vəsiqələrindəelektron imzanıntətbiqi ilə əlaqədar vətəndaşlar üçün PIN и PUK paket tədarükçüsünü müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
““Trub Trading (İnternational) AG” şirkəti müvafiq tenderin qalibi elan edilib. Oktyabrın 12-də şirkətlə müqavilə bağlanıb”, - deyə məlumatda bildirilir.
Müqavilənin dəyəri 89,823 min avrodur.
PIN və PUK paketlər sifarişçiyə 3 ay ərzində tədarük olunmalıdır.
İqtisadiyyat Nazirliyi 600 min ədəd PIN və PUK paket əldə etməyi planlaşdırır.*
A.Əzizov