Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan torpaqlarının erməni işğalçılarından tezliklə azad olunacağına əmindir.
O, “Facebook” səhifəsindəAzərbaycanınmüstəqil dövlət kimi 26-ci il ərzində keçdiyi inkişaf yolu və əldə etdiyi nailiyyətləri qeyd edib.
“Əminəm ki, erməni işğalçılarından tezliklə azad olunacaq Dağlıq Qarabağ və digər rayonlar da bu nailiyyətlərdən bəhrələnəcəklər”, - deyə prezident köməkçisi qeyd edib.*
R.Babayev