«Aztech and Tegeta Motors» MMC «BakuBus» MMC-nin sifarişi ilə 302 ədəd “İveco” markalı avtobus üçün 1000 ədəd təkər tədarük edəcək. Bu barədə “İnterfaks-Azərbaycan“ agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
««BakuBus» MMC 5 oktyabr 2017-ci il tarixində «Aztech and Tegeta Motors» şirkəti ilə 302 ədəd “İveco” markalı (o cümlədən 151 ədəd «Iveco Crealis» və 151 ədəd «Iveco Urbanay”) avtobus üçün 275/70R22.5 ölçülü 1000 ədəd təkərin tədarükü haqqında müqavilə bağlayıb», - deyə məlumatda bildirilir.
Müqavilənin dəyəri 585 min manatdır.*
N.Abbasova