Azərbaycanın dövlət strukturları tərəfindən 2015-ci il noyabrın 1-dən 2017-ci il oktyabrın 1-dək vergi yoxlamaları istisna olmaqla, 113 yoxlama keçirilib. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
Prezident İlham Əliyev 2015-ci il oktyabrın 26-da sahibkarlıq sahəsində yoxlamaların 2015-ci il noyabrın 1-dən iki il müddətinə dayandırılmasını nəzərdə tutan qanun imzalayıb.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun tətbiqindən sonrakı 23 ayda vergi yoxlamaları istisna olmaqla, cəmi 113 yoxlama keçirilib. Yoxlamaların dayandırılmasından əvvəlki 23 ay ərzində keçirilmiş yoxlamaların sayı 113 mindən çox olub”, - deyə o, "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.
Nazir vurğulayıb ki, lisenziya və icazələr sahəsində aparılmış islahatlara əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin sayı (maliyyə bazarları istisna olmaqla) 59-dan 29-a, icazələrin sayı isə təqribən 4 dəfə azaldılaraq 86-ya endirilib.*
A.Əzizov