Siyasətdə baş verənlər idmanda da təkrar olunur. Bunu Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 18-də Azərbaycanın “Qarabağ” və Madridin “Atletiko” klubları arasında baş tutmuş oyunun nəticələrini şərh edərkən bildirib.
“Heç bu dərəcədə təsəvvür etməzdim. İdmanda da Azərbaycan komandasını - Qarabağ klubunu sıxışdırdılar, bir neçə dəfə açıq-aydın cəzalandırdılar. Rəqib komandanın qapısına isə penalti təyin edilmədi və digər pozuntulara göz yumuldu. Siyasətdə baş verənlər idmanda da təkrar olunur”, - deyə o, özünün “Facebook” səhifəsində yazıb.*
R.Babayev