2018-ci ilin dövlət büdcəsinin layihəsi parlamentə daxil olub. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
"Gələn ilin dövlət büdcəsinin layihəsi parlamentə daxil olub. Çox güman ki, oktyabrın sonu, noyabrın əvvəlində parlament komitələri büdcə zərfinə daxil olan məsələlərin müzakirəsinə başlayacaq", - deyə o, komitənin bu gün keçirilən iclasında bildirib.
Komitə sədri gələn ilin dövlət büdcəsinin parametrləri barədə məlumat verməyib.*
B.Rüstəmbəyov