Ötən gün Azərbaycan ərazisində baş vermiş 2 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həlak olub, 1 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ötən gün ərzində 114 cinayət faktı qeydə alınıb, onların 17-si “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 55 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.*
R.Babayev