2017-ci ilin yanvar-avqust aylarında Azərbaycana kondisioner idxalı 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 25% - 90,302 min ədədə qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $20 mln. 539,3 min məbləğində qiymətləndirilir (2016-cı ilin yanvar-avqust ayları ilə müqayisədə artım 20,1%)”, - deyə məlumatda bildirilir.
Bu ilin 8 ayı ərzində Azərbaycana $50 mln. 113,9 min (artım 94,6%) dəyərində 260,4 min ədəd hesablama maşını, blok və qurğusu (artım 70,9%) idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 77,8% - 84,019 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $13 mln. 738,6 min (artım 60,4%) təşkil edir.*
B.Rüstəmbəyov