2017-ci ilin yanvar-avqust aylarında Azərbaycana ümumilikdə $9 mln. 178,7 min məbləğində avtobus idxal edilib ki, bu da 2016-cı ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,5 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikaya ümumilikdə 134 ədəd avtobus (artım 2,5 dəfə) idxal olunub.
Bundan başqa, yanvar-avqust aylarında Azərbaycana $9 mln. 722,8 min dəyərində (artım 43,4%) 603 ədəd yük avtomobili (artım 76,3%) idxal edilib.
Bu dövrdə ölkəyə 4,874 min ədəd minik avtomobili idxal edilib ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 63,5% çoxdur.*
B.Rüstəmbəyov