Fransanın “Total” şirkəti tərəfindən işləniləcək Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağının podratçılığı “Azneft” İstehsalat Birliyinə həvalə olunub. Bu barədə birliyin məlumatında deyilir.
“Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov bildirib ki, Fransanın “Total” şirkəti tərəfindən işləniləcək “Abşeron” yatağının podratçılığının “Azneft” İstehsalat Birliyinə həvalə olunması beynəlxalq şirkətlərin təcrübəsini öyrənmək şansı verir. Bütün bu layihələrin idarə olunması üçün beynəlxalq standartlara cavab verən kadrlar olmalıdır.
Bununla belə, birliyin baş podratçı kimi həyata keçirəcəyi işlər barədə məlumat verilmir.*
A.Əzizov