Azərbaycan hökuməti 2018-ci ildə xarici dövlət borcuna xidmət göstərilməsi üçün büdcə xərclərini 36,6% - 2 mlrd. 159 mln. 597,14 min manatadək artıracaq.
Dərc edilmiş büdcə materiallarına əsasən gələn il əsas borca xidmət göstərilməsinə dövlət büdcəsindən 1 mlrd. 626 mln. 5,179 min manat (artım 31,2%), faiz ödənişlərinə 533 mln. 591,421 min manat (artım 56,1%) yönəldilməsi planlaşdırılır.
Bundan başqa, 2018-ci ildə hökumət daxili xarici borca xidmət göstərilməsi üçün xərcləri 68,7% - 103 mln. 180,383 min manat artıracaq.
Gələn il faiz ödənişlərinə 80 mln. 173,398 min manat (artım 99,6%), daxili borcun əsas məbləği üzrə ödənişlərə 23 mln. 6,985 min manat (artım 9,5%) yönəldiləcək.
1 iyul 2017-ci il tarixinə Azərbaycanın birbaşa və zəmanətli xarici borcu $7 mlrd. 172,6 mln. (12 mlrd. 208,5 mln. manat) və ya ÜDM-nin 18,9%-ni təşkil edir.*
A.Əzizov