Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev etimadnaməsini bu ölkənin prezidenti Emanuel Makrona təqdim edib. Bu barədə Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.
“Fransa prezidenti Azərbaycanla iqtisadiyyat, təhsil və mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirməsində maraqlı olduğunu bildirib”, - deyə məlumatda bildirilir.
Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyinə toxunan E.Makron Fransanın ölkəmizə dəstək verməyə hazır olduğunu söyləyib.
Səfir R.Mustafayev isə qeyd edib ki, Azərbaycan və Fransa arasında iqtisadi və sərmayə yatırımı sahələrində əlaqələrin daha da fəallaşdırılması üçün böyük imkanlar var. O, hazırda hər iki ölkənin bir çox istiqamətlərdə əməkdaşlıq etdiyini vurğulayıb.*
A.Əzizov