“Azərişıq” ASC 2017-ci ilin sonunadək elektrik şəbəkələrinin qoyuluş gücünü 11,9 min meqavoltamperə çatdıracaq. Bunu ASC-nin sədri Baba Rzayev deyib.
“Respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü “Azərişıq” ASC-nin yarandığı 2015-ci ilin əvvəlindəki 9,5 min meqavoltamperdən 2017-ci ilin sonuna bu göstərici 11, 9min meqavoltamperə çatdırılacaq”, - deyə o, rəsmi “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirib..
B.Rzayevin sözlərinə görə, ötən 10 ildə “Azərişıq”ın balansındakı paylayıcı elektrik şəbəkələrində 40 ədəd 110 kV-luq yarımstansiya tikilib. Yeni 35 kV yarımstansiyaların sayı isə 141-ə çatır. 2006-2017-ci illərdə 4894 transformator və komplekt transformator məntəqəsi inşa olunub. 45818 kilometr uzunluğunda hava və kabel xətti çəkilib. Quraşdırılan yeni tipli elektron sayğacların sayı 1621871-ə çatır.
“Faydalı elektrik enerjisinə görə yığım respublika üzrə 87 faiz, Bakı şəhəri üzrə isə 98,3 faiz təşkil edir”, - deyə o qeyd edib.*
N.Abbasova