Bu gün Bakıda keçirilən Azərbaycan - Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələrin biznes forumunda iki sənəd imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir.
Əməkdaşlığa dair Anlaşma Memorandumu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Ticarət Palataları Federasiyası arasında imzalanıb.
Bundan başqa, AZPROMO ilə Səudiyyə Ərəbistanının Yanbu şəhərinin Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.*
B.Rüstəmbəyov