2018-ci il dövlət büdcəsindən “Bakı Metropoliteni” QSC-yə 99 mln. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 2017-ci ilin göstəricisindən 29,4% çoxdur. Bu barədə Maliyyə Nazirliyinin büdcə materiallarında deyilir.
"Metropolitendə gediş haqqının dövlət tərəfindən tənzimləndiyini və bunun sosial xarakter daşıdığını nəzərə alaraq, ayrılmış vəsaitin ümumi məbləğindən 45 mln. manat zərərin ödənilməsinə, yeni vaqon və eskalatorların alınmasına yönəldiləcək", - deyə materiallarda qeyd edilir.
Bakı Metropoliteni əsaslı kapital qoyuluşları çərçivəsində 44 mln. manat, digər məqsədlər çərçivəsində isə 10 mln. manat alacaq.*
B.Rüstəmbəyov