Azərbaycan hökuməti yeni nəsil şəxsiyyət vəsiqələrinin (biometrik pasport) hazırlanmasına 2018-ci ilin dövlət büdcəsindən 20,5 mln. manat ayıracaq. Bu barədə Maliyyə Nazirliyinin büdcə materiallarında deyilir.
"2017-ci illə müqayisədə gələn il bu məqsədlər üçün maliyyələşmənin həcmi 12,8 mln. manat və ya 2,7 dəfə artacaq", - deyə nazirlikdən qeyd ediblər.
Xəbər verildiyi kimi, yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi çərçivəsində Azərbaycanda sertifikasiya mərkəzi yaradılıb və sınaqdan keçirilir. Mərkəz elektron imzaların şəxsiyyət vəsiqələrinin çiplərinə inteqrasiyası ilə məşğul olacaq.
Plana əsasən sertifikasiya mərkəzi 2017-ci ilin dekabrında istifadəyə veriləcək, 2018-ci il yanvarın 1-dən isə vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılacaq.*
B.Rüstəmbəyov