"VTB Bank (Azərbaycan)" ASC 2017-ci ilin III rübündə depozit portfelinin artdığını qeyd edir.
2017-ci ilin III rübünün nəticələrinə görə, “Bank VTB(Azərbaycan)”ın depozit portfeli 4,3 mln. manat artaraq183,4 mln. manattəşkil edib. Depozit portfelinin 142,9 mln. manatı bank və digər maliyyə institutlarının payına düşüb”, - deyə məlumatda bildirilir.
1 oktyabr 2017-ci il tarixinə bankın kredit portfeli 304,5 mln. manat təşkil edib. Kredit portfelinin 60%-dən çoxu hüquqi şəxslərin və sahibkarların payına düşür: təxminən 47% ticarət və xidmət sahəsinə, 15% isə sənaye sektorundakı layihələrə yönəlib.
Sentyabrın 30-na bankınaktivləri 395 mln.manat məbləğindədir. Normativ tələbləri 5% və 10% olan birinci və ikinci dərəcəli kapital adekvatlığı üzrə göstəricilər bankda müvafiq olaraq 33,54% və 50,69% təşkil edib.
Hesabat dövründə "VTB Bank (Azərbaycan)"ın mənfəəti 2,4 mln.manata bərabər olub.*
A.Əzizov