2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 6,643 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 70,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 5,783 min ədəd avtomobil (artım 70,6%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 670 ədəd motorlu nəqliyyat vasitəsi (artım 76,7%) və 52 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (azalma 32,5%) idxal edilib.
Bundan başqa, hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 138 ədəd motorlu nəqliyyat vasitəsi (artım 2,3 dəfə) gətirilib.*
N.Abbasova