Nazirlər Kabineti yanında "Bakı Nəqliyyat Agentliyi" MMC (BNA) "Yol xətt" MMC-yə yolların nişanlanması üzrə həyata keçirilən işlərə görə 4 mln. 843 min 923,6 manat ödəyəcək. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
"BNA "Yol xətt" MMC-ni yolun nişanlanması üzrə işlərin podratçısı qismində cəlb edib. Bu şirkətlə 2017-ci il oktyabrın 19-da ümumi məbləği 4 mln. 843 min 923,6 manat olan iki müqavilə imzalanıb", - deyə məlumatda bildirilir.
3 mln. 874 min 848,6 manat dəyərində birinci müqavilə yolların sarı və ağ rəngli boya ilə nişanlanmasını, 969,075 min manat dəyərində ikinci müqavilə isə yolun əl ilə nişanlanmasını nəzərdə tutur.
İşlərin yerinə yetirilmə müddəti barədə məlumat verilmir.*
N.Abbasova