Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) oktyabrın 31-də illik “Doing-Business – 2018” hesabatını dərc edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə korporasiyadan məlumat verilib.
Xəbər verildiyi kimi, Azərbaycan “Doing Business – 2017” hesabatında 190 ölkə arasında 65-ci yeri tutub.
Sonuncu hesabata əsasən 2015-ci ilin iyun ayından 2016-cı ilin iyun ayınadək Azərbaycanda 3 uğurlu islahat həyata keçirilib. Bu islahatlar vergiqoyma, elektrik təchizatı sisteminə qoşulma və beynəlxalq ticarətin aparılması sahələrini əhatə edib.
İslahatlar nəticəsində sahibkarların enerji şəbəkəsinə qoşulma müddəti 77 gündən 69 günədək azaldılıb; elektron idxal və ixrac gömrük bəyannamələrinin tətbiqi sayəsində sərhəd ticarəti sadələşib; əhali üçün nəqliyyat vasitələrinə verginin ləğv olunması da müsbət rol oynayıb.*
A.Əzizov