Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sabah İtaliyaya işgüzar səfərəyola düşüb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Səfərdə məqsəd24-25 oktyabr tarixlərində ATƏT-in Aralıq Dənizi Tərəfdaşlığı naminə Əməkdaşlıq proqramı çərçivəsində təşkil olunan “Aralıq Dənizində təhlükəsizliyin möhkəmləndirilməsi, miqrant və qaçqınların böyük axını əsrində əməkdaşlıq” adlı konfransda iştirak etməkdir”, - məlumatda deyilir.
Konfransda E.Məmmmədyarov çıxış edəcək.
“Həmçinin səfər çərçivəsində nazirin bir sıra rəsmilərlə ikitərəfli görüşləri nəzərdə tutulub”, - məlumatda qeyd olunur. **
R.Babayev