Baş Prokurorluq iki məhkumun Şirvandan Bakıya gətirildiyi zaman qaçması ilə bağlı cinayət işi qaldırıb. Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) məlumatında deyilir.
“Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü E.Məmmədov və 1989-cu il təvəllüdlü Ə.Ağami müşayiət altından qaçıblar”, - məlumatda qeyd olunur.
Məhbuslar Biləcəri stansiyasında qatardan qaçıblar.
“Hazırda axtarış tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarına təqsirləndirilən şəxslər E.Məmmədov və Ə.Ağami barəsində müvafiq məlumatlar təqdim edilib”, - Xidmətdən vurğulayıblar. **
R.Babayev