Müdafiə Nazirliyi hesab edir ki, Ermənistan tərəfi qarabasmadan əziyyət çəkir.
"Qorxu və səksəkə içində olan ermənilərin gözünə hər yerdə müasir Azərbaycan silahları, o cümlədən tank əleyhinə idarəolunan “Spayk” raket kompleksləri görünür", - nazirliyin mətbuat xidməti məlumat verir.
Nazirlikdən vurğulanıb ki, İrəvan təxribatlarını ört-basdır etmək və dünya ictimaiyyətinin fikrini törətdikləri cinayətdən yayındırmaq məqsədi güdür. “"Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşündən qısa müddət sonra Azərbaycan əsgərini qətlə yetirən İrəvan (oktyabrın 22-də - İF) cəbhədəki vəziyyətlə bağlı yaydığı növbəti iftira dolu məlumatda öz təxribatlarını ört-basdır etmək və dünya ictimaiyyətinin fikrini törətdikləri cinayətdən yayındırmaq məqsədini güdür”, - nazirlik bildirir.
Qeyd olunur ki, “2016-cı ilin aprel hadisələrində Azərbaycan əsgəri düşmənə layiq olduğu yeri göstərdi”. İndi də Ordumuz arsenalında olan silah və döyüş texnikasını tətbiq etməklə öz gücünü növbəti dəfə sübut etməyə hazırdır. **
R.Babayev