Azərbaycan hökuməti 2018-ci ildə iri heyvandarlıq təsərrüfatlarının yaradılması, iribuynuzlu cins damazlıq heyvanların alışı və onların fermer və sahibkara lizinqə verilməsinə dövlət büdcəsindən 66 mln. manat ayırmağı planlaşdırır.
Gələn il üçün büdcə materiallarına görə, bu məqsədlərə maliyyələşmənin həcmi 2017-ci illə müqayisədə 50 mln. manat və ya 3,1 dəfə artacaq.
Ümumilikdə, 2018-ci ildə ASK, meşə təsərrüfatı və balıqçılıq sektorlarına dövlət büdcəsindən 656,3 mln. manatın ayrılması nəzərdə tutulur, bu da 2017-ci ilin göstəricisindən 26,8% çoxdur. **
B.Rüstəmbəyov