Azərbaycan hökuməti 2018-ci ildə aqrar sektorda əmlakın sığortalanmasına 20,2 mln. manat yönəltməyi planlaşdırır.
Gələn ilin büdcə materiallarına əsasən bu vəsait dövlət büdcəsində nəzərdə tutulub.
Bundan başqa, 2018-ci il dövlət büdcəsinin layihəsində tütünçülük və pambıqçılığın inkişafına dair proqramların maliyyələşdirilməsinə 20 mln. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.
"Pambıqçılıqla məşğul olan fermerlərə gələn il 10 mln. manat məbləğində subsidiyanın verilməsi planlaşdırılır", - deyə materiallarda qeyd olunur.*
B.Rüstəmbəyov