Azərbaycan, Rusiya, İran və Belarus “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhliziqərb istiqamətinin inkişafı üzrə işçi qrupunun yaradılması barədə razılığa gəliblər. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatında deyilir.
Riqa şəhərində keçirilən MDBvə Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 67-ci iclası çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Belarus Dəmir Yollarının rəisi Vladimir Morozov, İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə "Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov arasında görüş keçirilib.
“Tərəflər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinininkişaf perspektivləri, Rəşt-Astara dəmir yolunun tikintisi və digər məsələlər müzakirə ediblər. Görüşün yekunları üzrə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhliziqərb istiqamətinin inkişafı üzrə işçi qrupunun yaradılmasıbarədə razılığa gəliblər.Bu haqda müvafiq protokol imzalanıb”, - məlumatda qeyd edilir.
Yığıncaqda Avropa, Cənubi Asiya, Fars körfəzi ölkələri, Belarus və Rusiya arasında yük daşımalarının sürətləndirilməsi və ucuzlaşdırılması “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb istiqaməti üzrə birbaşa dəmir yolu bağlantısının yaradılmasıyla bağlıdır.
Görüş zamanı logistik zəncir iştirakçıları - dəmir yollarının, limanların, dəniz yolu daşımaçılarının, gömrük xidmətlərinin qarşılıqlı əlaqəsinin yaradılmasının vacibliyi qeyd olundu.
“Ümumilikdə, 2017-ci ilin 9 ay ərzində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində dəmir yoluüzrə yükdaşımaların həcmi 21,6% artaraq 4,7 mln. tonu keçib. Bundan başqa, keçən illə müqayisədə konteyner daşımalarının həcmi 2,4 dəfə artıb. Belə ki, bu dəhliz vasitəsilə 7 mindən çox konteyner mənzil başına çatdırılıb”, - məlumatda deyilir.
Görüş iştirakçılarının fikrincə, bu dəhliz üzrə artım tendensiyasını dəstəkləmək üçün logistik şirkətlərin diqqətini daimi nəqliyyat servislərinin yaradılmasına və bütün tərəfləri qane edən tariflər tətbiq edilməsinə yönəltmək lazımdır. Həmçinin, yüklərin gömrük tərtibatının sadələşdirilmiş prosedurlarla aparılması üçün işlər görülməlidir. **
N.Abbasova