İqtisadiyyat Nazirliyi 6-8 dekabr tarixlərində Səudiyyə Ərəbistanının Ər-Riyad və Ciddə şəhərlərinə ixrac missiyası təşkil edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
"İxrac missiyasına meyvə-tərəvəz. çay, meyvə şirələri, qurudulmuş meyvə, mürəbbə, təbii mineral sular, süd və süd məhsulları, ət və ət məhsulları, bal istehsalı ilə məşğul olan şirkətlər daxil olacaq”, - deyə məlumatda bildirilir.
İxrac missiyasında iştirak edəcək ixracatçılar noyabrın 20-də müsabiqə əsasında seçiləcək.
“Missiyada iştirak etməkdə maraqlı olan şirkətlər sənədlərini 9 noyabr 2017-ci il tarixinədək təqdim etməlidir”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov