Azərbaycan hökuməti 2017-ci ilin yekunları üzrə ÜDM-in artımını 2016-cı ildə 3,1% azalmadan sonra 0,3% səviyyəsində proqnozlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Yenilənmiş proqnozlara əsasən, cari il ÜDM-in artımı 0,3% təşkil edəcək (2016-cı ilin payızında cari il üçün Azərbaycanda ÜDM-in artımı 1% səviyyəsində proqnozlaşdırılıb - İF)”, - hökumətdən qeyd ediblər.
Bununla belə, cari il qeyri-neft ÜDM-in artımı 2,6% səviyyəsində gözlənilir (2016-cı ildə azalma 4,5% təşkil edib).
Eyni zamanda, neft sektorunda azalma 4,3% səviyyəsində proqnozlaşdırılır (2016-cı ildə sıfır artım olub - İF). **
A.Əzizov