2017-ci ilin yanvar- sentyabr aylarında Azərbaycanın rabitə və poçt müəssisələrinin gəlirləri 2016-cı ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 6,2% - 1 mlrd. 266,1 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gəlirlərin strukturunda 81,2% özəl sektorda fəaliyyət göstərən müəssisələrin payına düşüb.
Xidmətlərin 72,6%-nin istifadəçiləri fiziki şəxslər olub və onlara dəyər ifadəsində 919,2 mln. manatlıq xidmət göstərilib (artım 8,2%).
2017-ci ilin yanvar-sentyabr aylarında rabitə xidmətlərinin ümumi həcminin 50,2%-i və ya 635,8 mln. manat (artım 3,8% - İF-Az) ölkədə fəaliyyət göstərən 3 mobil rabitə operatoru – “Azercell Telecom”, “Bakcell” və “Azerfon” tərəfindən göstərilən mobil rabitə xidmətlərinin payına düşüb.**
N.Abbasova