Bu ilin yanvar-sentyabr aylarında Bakıda və respublikanın avtomobil yollarında baş vermiş hadisələr nəticəsində yol təsərrüfatına 504,6 min manat məbləğində maddi ziyan dəyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azəravtoyol” ASC-dən məlumat verilib.
“9 ay ərzində ölkədə 403 nəqliyyat hadisəsi baş verib, nəticədə 16 ədəd işıq dirəyi, 11 ədəd yol nişanı yararsız hala düşüb, ümumilikdə yol təsərrüfatına 504,6 min manat məbləğində maddi ziyan dəyib”, - deyə məlumatda bildirilir.
Bu məbləğin 285,3 min manatı və yaxud 56,5%-i ödənilib. O cümlədən respublika üzrə 235,8 min manatlıq və yaxud dəymiş ziyanın 59,1%-i, paytaxt üzrə isə 49,5 min manatlıq və yaxud dəymiş ziyanın 46,7%-i qarşılanıb.*
N.Abbasova