2017-ci ilin yanvar-sentyabr aylarında “Azexport” portalına $355,8 mln.-luq ixrac sifarişləri daxil olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
"Yanvarda “Azexport” portalına $48 mln., fevralda $6,5 mln., martda $27 mln., apreldə $29,9 mln., mayda $19 mln., iyunda $62,3 mln., iyulda $71,6 mln., avqustda $44,1 mln., sentyabrda $47,4 mln. məbləğində sifarişlər daxil olub", - deyə məlumatda bildirilir.
Sentyabrda daha çox qabığı təmizlənmiş fındıq, alma, xiyar və digər meyvə-tərəvəz məhsullarının, o cümlədən pambıq yağının ixracına dair sifarişlər daxil olub.
“Hesabat dövründə sifarişlər 60 ölkədən daxil olub”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov