Azərbaycan hökuməti 2017-ci ilin yekunları üzrə neft hasilatını 38 mln. 372,7 min ton həcmində proqnozlaşdırır ki, bu da 2016-cı ilin göstəricisindən 6,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Proqnozlara əsasən bu il respublikada 29 mlrd. 60 mln. kubmetr qaz hasil olunacaq ki, bu da ötən ilin göstəricisindən 0,9% azdır.
2016-ı ildə Azərbaycanda 41 mln. 50,4 min ton neft və 29 mlrd. 331,4 mln. kubmetr qaz hasil olunub.*
N.Abbasova