2012-2016-cı illər ərzində “Azəri- Çıraq Günəşli”, “Şahdəniz” yataqlarının, Bakı- Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz magistral boru kəmərlərinə bu günə qədər qoyulan investisiyalar $36,87 mlrd. təşkil edib. Bu barədə “BP şirkətinin 2016-cı ildə Azərbaycanda dayanıqlı inkişafı haqqında” hesabatında məlumat verilir.
“2012-2016-cı illər ərzində AÇG, “Şahdəniz”, BTC və Cənubi Qafqaz boru kəməri layihələrinin həyata keçirilməsinə yatırılan investisiyaların ümumi həcmi $36 mlrd. 870 mln., o cümlədən əsaslı investisiyalar $29 mlrd. 845 mln., istismar üçün qoyulan investisiyalar $7 mlrd. 25 mln. təşkil edib”, - hesabatda deyilir.
BP-nin məlumatına əsasən, işlənməyə başladığı dövrdən 2017-ci il yanvarın 1-nə qədər AÇG blokundan 416,7 mln. ton neft hasil edilib. Bununla yanaşı, istifadəyə verildiyi dövrdən “Çıraq” platformasından 92,7 mln. ton neft, “Mərkəzi Azəri” yatağından 105,7 mln. ton , “Qərbi Azəri” yatağından 96 mln. ton, “ Şərqi Azəri” yatağından 54,7 mln. ton, “Günəşli” yatağının dərinsulu hissəsindən 53,9 mln. ton, “Qərbi Çıraq” yatağından 13,8 mln. ton neft hasil edilib.
“2016-ə ilin sonuna olan vəziyyət görə, AÇG blokunda 100 hasilat və 49 suvurma və qazvurma quyusu istismar olunub. Bununla belə, ötən il 5 hasilat quyusu BP-nin bütün dünya üzrə ən yaxşı quyulıarın onluğuna daxil olub”, - sənəddə vurğulanır.
O cümlədən, hesabata əsasən, “Şahdəniz” yatağı istismara veriləndən (2006-cı ilin noyabr ayının 24-dən) 2016-cı ilin sonuna qədər 78,4 mlrd. kubmetr qaz və 19,6 mln kondensat hasil edilib.
“Şahdəniz” yatağında üç quyu ümumi sutkalıqhasilatın neft ekvivalentiilə BP-nin bütün dünya üzrə istismar olunan hasilat quyularının siyahısına liderlik edir”, - hesabatda qeyd olunur. **
N.Abbasova